Anbar və Mağaza rəfləri:
Rəflər mağazalarda ən vacib əşyalardan biridir.
Rəflər mağazanın formalaşdırılmasında mühüm və praktik rol oynayır. Mağaza rəfləri mağazanın haqqda müştəri rəyini artırmaqda böyük rol oynayır və müştərin diqqətini cəlb edir.
Bu gün malların bol və yüksək çeşidli olması, düzgün tərtibat və düzülüş müştərinin diqqətini cəlb edən bütöv mağazanın xüsusiyyətlərindəndir. Bu cür xüsusiyyətlərə malik olan mağazada müştərilər daha çox alış-veriş etməyə meylli olurlar.
Bu rəflər yüksək çeşidə malikdir, onlar müxtəlif ölçülərdə və modellərdə mövcuddur.
Mağaza stendləri
Mağaza rəfləri bütün mağazaların dekorasiyasının ən vacib hissələrindən biridir. Çünki stendlər müştərilərinizin sayını artırmaq üçün məhsullarınızın nümayiş olunduğu yerdir. Mağaza stendləri davamlı, uyğun, gözəl və təsir edici, eləcə də sərfəli olmalıdır. Buna görə də mağaza məhsula uyğun ən keyfiyyətli şəkildə olmalıdır. Məhsulların çeşidinə uyğun olaraq onlar üçün mövcud stendlərdən istifadə edirik.
Alış-veriş arabaları və səbətləri
Bu gün mağazalarda alış-veriş prosesini asanlaşdırmaq üçün arabalardan geniş istifadə olunur. İri və şəbəkə mağazalarından, hipermarketlərdən əlavə, bu günlərdə mənzillər və yaşayış kompleksləri üçün alış-veriş arabaları çox populyarlaşıb.